Həbib Nurməhəmmədov və Konor Makqreqorla bağlı qərar verildi

Həbib Nurməhəmmədov və Konor Makqreqorla bağlı qərar verildi
  • İdman

  • ABŞ-ın Nevada ştatının atletika komissiyası ötən bazar Las-Veqasda keçirilən UFC 229 turniri ilə bağlı qərar verib.

    Asiya.az xəbər verir ki, komissiyanın qərarına əsasən, rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor müvəqqəti olaraq diskvalifikasiya edilib.

    Qərar 15-24 oktyabr tarixlərini əhatə edəcək. Bundan sonra komissiya döyüşçülərə sanksiyalar barədə qərar verəcək.

    Qeyd edək ki, Nurməhəmmədov-Makqreqor döyüşü oktyabrın 7-nə keçən gecə baş tutub. Əsas döyüşdə Nurməhəmmədov Makqreqora qalib gələrək yüngül çəkidə UFC çempionu titulunu qoruyub saxlayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər