Masallıda psixotrop dərman satanlar tutuldu

Masallıda psixotrop dərman satanlar tutuldu
  • Hadisə

  • Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Köçərli kənd sakini Tarix Gülverdizadənin idarə etdiyi “Mercedes” markalı avtomobildən 208 ədəd, şəhər sakini, əvvəllər məhkum olunmuş Cahid Bağırovdan isə 53 ədəd metadon həbləri aşkar edilərək götürülüb.

    DİN-dən Asiya.az-a verilən xəbərə görə, davam etdirilən tədbirlərlə C.Bağırova həbləri satmaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini Səid Məmmədli də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər