İlham Əliyev Bakıda açılış etd - FOTO

İlham Əliyev Bakıda açılış etd - FOTO
  • Sosial / Manşet

  • Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yeni inşa olunmuş Gənclər Mərkəzinin açılışında iştirak edib.

    Asiya.az xəbər verir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

    Gənclər Mərkəzi yenidən qurulan istirahət parkında yerləşir. Ümumi ərazisi 2,3 hektar olan parkda yenidənqurma işlərinə 2014-cü ilin sonunda başlanılıb. Bu istirahət mərkəzinin ərazisində idman meydançası və açıq havada müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün səhnə quraşdırılıb. Parkda inşa olunan Gənclər Mərkəzinin üçmərtəbəli binasının qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb.

    Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

    Sonra Prezident İlham Əliyev Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.

    Məlumat verilib ki, Mərkəzin ümumi sahəsi 5800 kvadratmetrdir. Mərkəzin yüksək zövqlə inşa edilən binasının interyeri müasirliyi ilə seçilir. Burada 300 yerlik böyük konfrans zalı yaradılıb. Zalda rayonun ictimai-siyasi, mədəni həyatı ilə bağlı əlamətdar tədbirlərin keçirilməsi üçün hər cür şərait mövcuddur.

    Gənclər Mərkəzində Heydər Əliyev Muzeyi fəaliyyət göstərəcək.

    İlham Əliyev Bakıda açılış etd - FOTO
    İlham Əliyev Bakıda açılış etd - FOTO
    İlham Əliyev Bakıda açılış etd - FOTO
    İlham Əliyev Bakıda açılış etd - FOTO
    İlham Əliyev Bakıda açılış etd - FOTO
    İlham Əliyev Bakıda açılış etd - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər