Azərbaycanda tanınmış jurnalist ürəktutmasından VƏFAT ETDİ - FOTO

Azərbaycanda tanınmış jurnalist ürəktutmasından VƏFAT ETDİ - FOTO
  • Sosial

  • Ötən gecə “Cümhuriyət” qəzetinin əməkdaşı Məzahir Aşırov dünyasını dəyişib.

    Yaxınlarının verdiyi məlumata görə, Məzahir Aşırov ürəktutmadan vəfat edib.

    Məzahir Aşırov 1959-cu ildə Gürcüstanın Bolinisi rayonunda ziyalı ailəsində dünyaya gəlib. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Fəaliyyətini daha çox media sahəsində davam etdirib.

    Belə ki, Məzahir Aşırov 2003-cü ildə Mətbuat Şurasında, daha sonra Demokratik Jurnalistlər Liqasının sədr müavini, eləcəd də "Yeni nəsil" Azərbaycan Jurnalistlər Birliyin layihəsinin işçi qrupunda müxtəlif vəzifələrdə çalışıb.

    Sonuncu iş yeri olaraq isə “Cümhuriyət” qəzetində korrektor kimi fəaliyyət göstərib.

    Məzahir Aşırov ailəlidir, bir qızı var.

    Qeyd edək ki, mərhumun fevralın 6-da 60 yaşı tamam olacaqdı.

    Allahdan rəhmət diləyirik!/“Cebhe.info”/


    Azərbaycanda tanınmış jurnalist ürəktutmasından VƏFAT ETDİ - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər