Rəsulzadənin abidəsi önündə mitinq olub

Rəsulzadənin abidəsi önündə mitinq olub
  • Siyasət / Cəmiyyət

  • Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə Bakının Novxanı qəsəbəsində yürüş-mitinqlər keçirilib.

    Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi münasibətilə Müsavat Partiyasının, Demokratik Qüvvələrin Milli Şurasının üzvləri və tərəfdarları günün ayrı-ayrı saatlarında Novxanıya yürüş edib, Rəsulzadənin qəsəbədəki heykəli önündə mitinq keçiriblər.

    Müsavat üzvlərinin və tərəfdarlarının iştirakı ilə keçirilən mitinqdə partiyanın başqanı Arif Hacılı, başqan müavinləri Səxavət Soltanlı, Gülağa Aslanlı, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, Müsavatın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, professor Almaz Əliqızı, Müsavat Divanının üzvü Yadigar Sadıqov, Demokratik Qüvvələrin Milli Şurası üzvlərinin və tərəfdarlarının iştirakı ilə keçirilən mitinqdə şuranın liderləri – AXCP sədri Əli Kərimli, professor Cəmil Həsənli, həmçinin AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü İlham Hüseyn və başqaları çıxış ediblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər