“Facebook” istifadəçilərinə ŞAD XƏBƏR: bu şəxslərə hər ay PUL ÖDƏNİLƏCƏK

“Facebook” istifadəçilərinə ŞAD XƏBƏR: bu şəxslərə hər ay PUL ÖDƏNİLƏCƏK
  • Sosial

  • "Facebook" şirkəti 13-35 yaş aralığındakı istifadəçilərinə ayda 20 dollar ödəniş edir.

    Asiya.az Publika-ya istinadən xəbər verir ki, şirkət bunun qarşılığında "Facebook Araşdırma Tətbiqi"ni qurmaları və bütün növ şəxsi bilgilərindən istifadə etmək şərtini qoyur.

    Bu xüsusiyyət "Facebook"a sərhədsiz şəkildə istifadəçilərin məlumatlarını əldə etməyə icazə verir.

    Bu bilginin ictimaiyyətdə yayılmasından sonra "Facebook" araşdırmanı "Apple" məhsullarında dayandırıb. "TechCrunch" texnoloji xəbərlər və analizlər portalının son araşdırmasına görə, sosial platformanın bu siyasəti "Apple" şirkətinin gizlilik siyasətini pozur.

    Şirkətdən məsələ ilə bağlı verilən açıqlamada bu tətbiqin gizli şəkildə deyil, aşkar formada aparıldığı və istifadəçilərdən icazə alındığı bildirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər