Kanadalı bağban səkkiz homoseksualı öldürdü

Kanadalı bağban səkkiz homoseksualı öldürdü
  • Dünya

  • Kanada məhkəməsi Toronto şəhərindən olan 67 yaşlı silsilə qatili Brüs Makarturu ömürlük azadlıqdan məhrum edib.

    BBC-nin məlumatına görə, müttəhim Qey-vilic rayonunda səkkiz homoseksualı xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilib.

    O yalnız 91 yaşında şərti-azad olma hüququ qazanacaq.

    Bildirilir ki, peşəsi bağban olan Makartur qətlləri 2010-2017-ci illərdə törədib. Qurbanların meyitlərini hissələrə doğrayaraq, müştərilərinə aid bağda basdırıb. Onlardan üçü hələ 2012-ci ildə axtarışa verilsə də, axtarışlar heç bir nəticə verməyib.

    2016-cı ildə Makartur furqonda cinsi əlaqədə olduğu dostlarından birini boğmağa çalışdığına görə saxlanılmışdı. Ancaq həmin vaxt cinayətkar “sərt seksin” qarşılıqlı razılaşma əsasında olduğunu polislərə inandıra bilmişdi.

    Manyakın izinə müstəntiqləri onun sonuncu qurbanı Endrü Kinsmanın axtarışları çıxarıb. Yoxa çıxdığı gün o, təqviminə “Brüs” adını yazıb. Polis 2018-ci ilin yanvar ayında Makarturun evinə gələndə, zərərçəkəni çarpayıya bağlanmış və başına sellofan paket keçirilmiş vəziyyətdə aşkarlayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər