Azərbaycanda daha bir telekanalın rəhbəri dəyişdi

Azərbaycanda daha bir telekanalın rəhbəri dəyişdi
  • Sosial

  • "İdman-Azərbaycan” telekanalının rəhbərliyində dəyişiklik baş verib.

    Asiya.az strateq.az-a istinadən xəbər verir ki, AzTV sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədovun sərəncamı ilə tanınmış idman şərhçisi Siyavuş Əliyev "İdman-Azərbaycan” telekanalının direktor əvəzi təyin olunub.

    Əliyev açıqlamasında xəbəri təsdiqləyib.

    Qeyd edək ki, bu ay "İdman-Azərbaycan”ın yaradılmasının 10 ili tamam olub. Əliyev telekanal yaranan ilk günlərdən orada fəaliyyət göstərir. İndiyədək "İdman-Azərbaycan”ın direktor əvəzi Fərman Orucov idi.
    PAYLAŞ:

    Oxşar xəbərlər