Prezident iki nəfərə general rütbəsi verdi

Prezident iki nəfərə general rütbəsi verdi
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamla Daxili Qoşunların aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

    polkovnik Muradov İnqilab Heydər oğlu
    polkovnik Niftaliyev Səlim Cəfər oğlu

    Prezident Daxili Qoşunların hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıdakı hərbi qulluqçular təltif ediliblər:

    "İgidliyə görə” medalı ilə

    Xudiyev Vilayət Yunus oğlu – leytenant (ölümündən sonra)
    Qasımov Elşən Oruc oğlu – əsgər (ölümündən sonra)

    "Hərbi xidmətlərə görə” medalı ilə
    Abdullayev Namiq Yədulla oğlu – polkovnik
    Bayramov Kamal Damad oğlu – polkovnik-leytenant
    Əliyev Yaşad Ayıl oğlu – polkovnik-leytenant
    Əsgərov Zöhrab Əvəzağa oğlu – polkovnik-leytenant
    Fərəcov Fariz Mirzağa oğlu – polkovnik-leytenant
    İbrahimov Əfqan Musa oğlu – polkovnik-leytenant
    Məmmədov Emin Arif oğlu – polkovnik-leytenant
    Musayev Alışan Həbosət oğlu – tibb xidməti polkovnik-leytenantı
    Umudəliyev Vaqif Rəşaiq oğlu – polkovnik-leytenant
    Yusubov Natiq Yusif oğlu – polkovnik-leytenant
    Rəhimov Zaur Şirinbəy oğlu – mayor
    Rizvanov Anar Tofiq oğlu – mayor
    Seyidov Orxan Mir Qafar oğlu – kapitan
    Rüstəmov Elçin Kərəm oğlu – baş gizir
    PAYLAŞ:

    Oxşar xəbərlər