Azərbaycanda böyük əməliyyat: külli miqdarda narkotik vasitələr götürüldü

Azərbaycanda böyük əməliyyat: külli miqdarda narkotik vasitələr götürüldü
  • Hadisə

  • Azərbaycan polisinin keçirdiyi əməliyyat nəticəsində kütləvi narkotik vasitələr aşkarlanıb.

    Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, əməliyyat paytaxtda və eləcə də müxtəlif rayonların ərazisində keçirilib.

    Belə ki, Suraxanı RPİ-nin 31-ci, 32-ci və 33-cü Polis bölmələri əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bülbülə qəsəbəsi ərazisində yaşayan, əvvəllər məhkum olunmuş V.Bayramovun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 800 qramdan artıq heroin və 3,2 kiloqramdan çox marixuana götürülüb.

    Keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində Yasamal Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Həsənovdan heroin, evindən isə 315 qram marixuana,

    Nəsimi RPİ 20-ci Polis Bölməsinin əməkdaşları Bakı şəhər sakini S.Əliyevdən 480 qram, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədovdan 440 qram marixuana götürüblər.

    Bundan başqa, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Tülü kənd sakini, əvvəllər məhkum olunmuş X.Bayramovdan marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 4,5 kiloqramdan artıq marixuana götürülüb.

    Faktlarla bağlı cinayət işləri başlanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər