Ayağınızdan iy gəlirsə bunları edin

Ayağınızdan iy gəlirsə bunları edin
  • Maraqlı

  • Ayaqdan iy gəlməsi sosial problem olamaqla yanaşı, həm də sağlamlıq problemidir.

    Bəs ayaq qoxusunu necə yox etmək olar?

    Corabsız gəzin

    Asiya.az medicina.az-a istinadən bildirir ki, evdə corabla gəzdikdə o, bütün bakteriyaları toplayaraq ayaq basdığınız hər tərəfə yayır. Bu səbəbdən də evdə corab və çəkələk geyinmədən gəzin. Bu, sizin ayağınızdan pis iy gəlməsinin qarşısını alacaq.

    Corablarınızı tərs tərəfindən yuyu
    n

    Coraplarınızı tərs yuduğunuzda həm qoxusu yaxşı təmizlənir, həm də ayaqlara bakteriya yoluxdurmağın qarşısı alınmış olar.

    Ayaqlarınıza dezodorant vurun

    Dezodorantlar tərləməyin qarşısını alan maddələrdən ibarətdir. Bu səbəbdən də ayaqlarınıza dezodorant vurmaq, ayaqlarınızın tərləyərək pis iy gəlməsinin qarşısını alacaq.

    Ayaqlarınızı dəsmalla qurulayın

    Ayaqlarınızı yuyan kimi onları dəsmalla qurulayın. Beləliklə ayaqlarınızda göbələk və bakteriyaların artması səbəbindən meydana çıxan pis qoxunun yaranmasının qarşısını almış olacaqsınız.

    Alma sirkəsi

    Ayaqlarınızdan pis qoxunun getməsi üçün onları alma sirkəsi əlavə edilmiş su ilə vanna edin. Suya bir miqdar sirkə əlavə edib qarışdırın və ayaqlarınızı bu suda 10 dəqiqə saxlayın.

    Ayaqqabılarınızı mütləq quru saxlayın

    Ayaqqabıları çıplaq ayağa geyinmək ayaqları tərlətdiyi üçün həm ayaqqabılara nəm verir, həm də ayaqlardan pis iy gəlməsinə səbəb olur. Bu səbəbdən də ayaqqabılarınızın quru olmasına diqqət edin.
    PAYLAŞ:

    Oxşar xəbərlər