Azərbaycanlı Rusiyanın üçüncü ən varlı biznesmeni oldu

Azərbaycanlı Rusiyanın üçüncü ən varlı biznesmeni oldu
  • Dünya / Manşet

  • "Forbes” jurnalı Rusiyanın ən varlı iş adamlarının illik siyahısını açıqlayıb.

    Asiya.az xəbər verir ki, siyahıya Leonid Mixelson başçılıq edir. "Sibura” və "Novateka” şirkətlərinin sahibi olan iş adamının sərvəti 24 milyard dollara yaxındır.

    İkinci yeri "NLMK” şirkətlər qrupunun direktorlar şurasının sədri Vladimir Lisin tutur. Onun sərvəti 21,3 milyard dollardır.

    İlk "üçlüy"ü "LUKoyl”un azərbaycanlı sahibi Vahid Ələkbərov tamamlayır. Onun sərvəti 20.7 milyard dollar civarında qiymətləndirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər