Hansı ölkənin nə qədər təyyarəsi var? – MARAQLI STATİSTİKA

Hansı ölkənin nə qədər təyyarəsi var? – MARAQLI STATİSTİKA
  • Dünya / Araşdırma / Manşet

  • Dünyanın ən tanınmış hərbi-analitik qurumlarından olan “Global Fire Power” (GFP) ölkələrin sahib olduqları təyyarələrin sayına dair hesabatını açıqlayıb.

    Asiya.az xəbər verir ki, ilk sırada ABŞ dayanır. Dünyanın ən güclü ölkəsinin ixtiyarında 13 398 ədəd təyyarə var.

    İkinci sırada dünyanın ərazicə ən böyük ölkəsi olan Rusiya dayanır ki, onun da ixtiyarında 4078 təyyarə var. Çin 3187 hava nəqliyyatı ilə üçüncü, Hindistan isə 2082 ədəd təyyarəyə sahiblənməklə 4-cü yerdə qərarlaşıb.

    GFP-nin hesabatına əsasən 5-ci yerdə 1614 təyyarə ilə Cənubi Koreya, 6-cı yerdə 1572 təyyarə ilə Yaponiya, 7-ci yerdə 1342 təyyarə ilə Pakistan, 8-ci yerdə 1248 təyyarə ilə Fransa, 9-cu yerdə isə 1092 təyyarə ilə Misir dayanır.

    Qardaş Türkiyə isə ilk onluqda qərarlaşıb. Bu ölkənin ixtiyarında olan təyyarələrin sayı 1067 ədəddir.

    Bəs, Azərbaycan Hərbi Hava Qüvvələrinin ixtiyarında nə qədər təyyarə mövcuddur? GFP-nin hesabatında bu barədə bilgi verilməsə də, JAMAZ.İNFO-nun bununla bağlı araşdırmaları zamanı rəsmi məlumatlarda maraqlı rəqəmlər üzə çıxıb. Azərbaycan Hərbi Hava Qüvvələrinin rəsmi məlumatına görə, ordumuzun arsenalına 200-ə yaxın döyüş təyyarəsi, 160-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir. 8000 nəfər personalın xidmət etdiyi HHQ-nin arsenalında "Aero L-29", "Aero L-39" təlim-hücumçu, müxtəlif təyinatlı MiQ-21, MiQ-25, MiQ-29, Su-17, Su-24, Su-25, İl-76, An-24, An-12, Tu-134A, Tu-16, Mi-2, Mi-6, Mi-8, Mi-24, Mi-35M markalı helikopterlər daxildir.
    PAYLAŞ:

    Oxşar xəbərlər