Ukraynanın yeni prezidentinin Azərbaycan macəraları – Fotolar

Ukraynanın yeni prezidentinin Azərbaycan macəraları – Fotolar
  • Maraqlı / Manşet

  • Ukraynanın yeni seçilmiş prezidenti, məşhur şoumen Vladimir Zelenskinin vaxtilə Azərbaycana etdiyi səfərin görüntüləri sosial şəbəkələrdə yenidən gündəmə gəlib.

    Asiya.az-ın məlumatına görə, iki dəfə ölkəmizdə səfərdə olan V.Zelenski Bakıda və Qəbələdə olub.

    O, ilk dəfə 2017-ci ilin iyununda Bakıya gəlib.

    Səfərləri zaman Qobustan qayaüstü rəsmləri ilə foto çəkdirib və onunla bağlı fikirlərini bölüşüb, eləcə də, Azərbaycan mətbəxinin milli yeməklərini dadıb.

    İkinci səfəri zamanı isə V.Zelenski komandası ilə Qəbələyə qastrola gəlib və burada 12-ci Beynəlxalq “Veselo” Yumor Festivalında iştirak edib.

    Qeyd edək ki, dünən Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. İlkin hesablamalara görə, Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski səslərin 73,07%-ni toplayıb, hazırkı prezident Pyort Poroşenko isə 24,59% səs qazanıb.


    Ukraynanın yeni prezidentinin Azərbaycan macəraları – Fotolar
    Ukraynanın yeni prezidentinin Azərbaycan macəraları – Fotolar
    Ukraynanın yeni prezidentinin Azərbaycan macəraları – Fotolar
    Ukraynanın yeni prezidentinin Azərbaycan macəraları – Fotolar
    PAYLAŞ:

    Oxşar xəbərlər