Qəsəbəsini abadlaşdıran nümunəvi vətəndaş – Afər Cahangirov - FOTOLAR

Qəsəbəsini abadlaşdıran nümunəvi vətəndaş – Afər Cahangirov - FOTOLAR
  • Sosial

  • Masallı rayonu Ərkivan qəsəbəsində daim öz xeyirxah əməlləri ilə tanınan, abadlıq işlərində fəal iştirak edən bir nəfər var – Afər Cahangirov.

    Asiya.az xəbər verir ki, Afər Cahangirov qəsəbədə görülən bir çox abadlıq işlərinin təşkilatçısı kimi tanınır. Müxtəlif vaxtlarda onun təşkilatçılığı ilə qəsəbəarası yollara qum-çınqıl döşənilib, yaşayış məntəqəsi zibil töküntülərindən təmizlənib, Ərkivan qəsəbəsi Bədirli məhəlləsində mərasim evi tikilib.

    Bəlkədə tanımayanlar A.Cahangirovun sahibkar və ya hansısa dövlət qulluğunda işlədiyini düşünər. Əslində isə, Afər dərzi fəaliyyəti ilə məşğul olan sadə bir vətəndaşdır.
    A.Cahangirov bu gün qəsəbənin 4-5 məhəlləsinin istifadə etdiyi 1 km uzunluğunda olan yolun genişləndirilmə və abadlaşdırılma işlərinə başçılıq edib. O, öz feyzbuk hesabında görülən işlərin fotoşəkillərini paylaşaraq, aşağıdakı statusu yazıb.

    “Bu gün 25 aprel 2019-cu il tarixində qəsəbəmizin 4-5 məhəlləsinin istifadəsində olan mərkəzi yolun genişləndirilməsi və abadlaşdlrılma işlərini apardıq. Bu işdə mənə dəstək olan Masallı yol idarəsinin rəhbərliyi MirMahmud və Vidadi müəllimə təşəkkürümü bildirirəm.
    Onuda nəzərinizə çatdırıram ki, Ərkivan bələdiyyəsinin bu xeyirxah işdə heç-bir rolu və əməyi yoxdur.
    Allah Xalqımıza bərəkət versin. Amin.”


    Qəsəbəsini abadlaşdıran nümunəvi vətəndaş – Afər Cahangirov - FOTOLAR
    Qəsəbəsini abadlaşdıran nümunəvi vətəndaş – Afər Cahangirov - FOTOLAR
    Qəsəbəsini abadlaşdıran nümunəvi vətəndaş – Afər Cahangirov - FOTOLAR
    Qəsəbəsini abadlaşdıran nümunəvi vətəndaş – Afər Cahangirov - FOTOLAR
    Qəsəbəsini abadlaşdıran nümunəvi vətəndaş – Afər Cahangirov - FOTOLAR
    Qəsəbəsini abadlaşdıran nümunəvi vətəndaş – Afər Cahangirov - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər