500 avro əsginası dövriyyədən çıxır

500 avro əsginası dövriyyədən çıxır
  • İqtisadiyyat

  • Avropa Mərkəzi Bankı 500 avro əsginasının buraxılışını dayandırıb.

    Bu haqda “Bloomberg” məlumat verir.

    Asiya.az xəbər verir ki, Avropa İttifaqının üzvü olan 19 ölkədən 17-si hələ yanvarda bu əsginasın istehsalını dayandırmışdı. Yalnız Avstriya və Almaniya buraxılışı davam etdirirdi. Daha bu ölkələrdə də “500-lük” çap olunmayacaq.

    Avronun ən böyük əsginasının buraxılışını dayandırmaq ideyası hələ 2016-cı ildə ortaya atılmışdı. Avropa İttifaqı hesab edir ki, bu, qanunsuz fəaliyyətə rəvac verən amillərdəndir.Avropalılar 500 avro əsginasını yenə istifadə edə biləcək. Sadəcə, banklar hər imkandaca “500-lük”ləri dövriyyədən çıxaracaq.Avropada son illər 50, 100, 200 avro əsginaslarının müdafiə elementlərini artırıb. Təhlükəsizlik gücləndirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər