Kung-Fu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO

Kung-Fu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO
  • İdman

  • Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin,Azərbaycan Kung-Fu Federasiyasının birgə təşkilatçılığı ilə Sərhədçi İdman Olimpiya kompleksində Kung-Fu üzrə XXVII Azərbaycan çempionatı keçirilib.

    TİA.AZ bildirir ki,yarışın açılış mərasimində çıxış edən Federasiyanın prezidenti, polis mayoru Nurlan Aslanov gənc nəslin sağlam ruhda böyümələri üçün var gücləri ilə çalışdıqlarını, Cənab Prezident İlham Əliyevin apardığı uğurlu idman siyasətinin ətrafında birləşdiklərini qeyd edib.

    Nurlan Aslanov vurğulayıb ki, Azərbaycan çempionatında 41idman klubu iştirak edir. Beş yüzdən çox idmançı bu gün qalibiyyət uğrunda vuruşacaq.

    Daha sonra yarımfinal və final qarşılaşmaları baş tutub. Doqquz çəki dərəcəsində final qarşılaşmasında 56 kq da Səxavət Həsənov,60kq da Murad Qasımov, 65kq da Toğrul Mikayılov, 70kq çəkidə İsrafil Şabanov, 75kq da Yerkin Osmanov, 80kq da Telman Süleymanov, 85kq da Rafət Əsədov, 90kq da Əsgər Zeynallı və +90kq da Ruhin Şabanov Azərbaycan çempionu adını qazanıblar.Komandalar hesabında kişilər arasında yarışın fəxri kubokuna Cənub-Cəlilabad, gənclərdə Sərhədçi idmançıları, yeniyetmələr arasında isə Neftçi sahiblənib.

    Qeyd edək ki, qaliblər medal kubok, diplomla təltif ediliblər.


    Kung-Fu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO
    Kung-Fu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər