Paytaxtın bu küçələrində rənlənmə işləri aparılacaq

Paytaxtın bu küçələrində rənlənmə işləri aparılacaq
  • Sosial

  • Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın 28 May və Aleksandr Puşkin küçələrində mayın 11-i saat 22:00-dan mayın 12-si səhər saatlarına kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

    Asiya.az məlumat verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Sürücülərdən sözügedən küçələrdə müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər