Bakıda marketdə güclü yanğın, xəsarət alanlar var

Bakıda marketdə güclü yanğın, xəsarət alanlar var
  • Olay

  • Bakının Buzovna qəsəbəsində yerləşən “Favorit” marketdə yanğın baş verib.

    Asiya.az xəbər verir ki, hadisə nəticəsində zərərçəkənlər var.

    Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib:

    “Hadisə nəticəsində 4 nəfər hospitalizasiya edilib. İki qadın və bir kişi 1 saylı Kliniki Tibbi Mərkəzə, daha bir qadın isə qıcolma ilə 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Bir neçə nəfərə yerində yardım göstərilib”.

    Nazirliyin məlumatına görə, iki nəfər FHN işçisi tüstüdən boğulma ilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə aparılıb.

    Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, yanğın Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində baş verib.

    Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir. Binada olan insanlar təxliyə edilib.

    Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər