Daşkəsəndə Prezident Administrasiyasının məsul işçiləri vətəndaşların qəbulunu keçirdi - FOTO

Daşkəsəndə Prezident Administrasiyasının məsul işçiləri vətəndaşların qəbulunu keçirdi - FOTO
  • Sosial

  • Mayın 22-də möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Daşkəsəndə vətəndaşların qəbulunu keçiriblər.

    Asiya.az xəbər verir ki, qəbulda 18 sakin 19 məsələ ilə bağlı müraciət edib. Müraciətlərin bir hissəsi yerində həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun icrası üçün müvafiq tapşırıqlar verilib.

    Müraciətlər əsasən rayonun yaşayış məntəqələrinin qazlaşdırılması, qazlaşdırılmış məntəqələrin tam sayğaclaşdırılmaması, nasaz elektrik dayaqlarının və naqillərin yenilənməsi, su keçidlərinin təmiri, körpü tikintisi, müalicə olunmağa köməklik, təbii fəlakətdən yararsız vəziyyətə düşmüş fərdi yaşayış evinin bərpası, işlə təmin olunma və digər məsələlər barəsində olub.

    Görüşdə həmçinin qeyd olunub ki, Prezident cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Dövlətimizin başçısının da dediyi kimi, yürüdülən siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Son aylarda imzalanan fərman və sərəncamların, sosial-iqtisadi sahədə aparılan islahatların Prezident cənab İlham Əliyevin əhalinin sosial vəziyyətinin yüksəldilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olduğu bildirilib.

    Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


    Daşkəsəndə Prezident Administrasiyasının məsul işçiləri vətəndaşların qəbulunu keçirdi - FOTO
    Daşkəsəndə Prezident Administrasiyasının məsul işçiləri vətəndaşların qəbulunu keçirdi - FOTO
    Daşkəsəndə Prezident Administrasiyasının məsul işçiləri vətəndaşların qəbulunu keçirdi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər