Düşmən Qarabağda döyüş atışlı təlim keçirib

Düşmən Qarabağda döyüş atışlı təlim keçirib
  • Siyasət / Manşet

  • İşğal altında olan Qarabağda tabor taktiki təliminin döyüş atışlı mərhələsi baş tutub.

    Asiya.az Ordu.az-a istinadən xəbər verir ki, mayın 31-də işğal altında olan Qarabağın Ağdam yaşayış məntəqəsinin Uzundərə ərazisində tabor taktiki təliminin döyüş atışlı mərhələsi keçirilib.


    Təlimin erməni polkovnik Aşot Ağacanyanın rəhbərlik etdiyi hərbi hissədən cəlb edilən gücləndirilmiş bölmə ilə birgə keçirildiyi bildirilir.

    Təlimdə müdafiə və hücum, əks hücum xarakterli əməliyyatlar həyata keçirilib.

    Qeyd: Sözügedən hərbi hissə Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan, 10-cu Dağ atıcı diviziyanın tərkibindəki 49971 nömrəli, 5-ci müdafiə rayonu adlanan, şərti adı “İnternat” olmaqla, əsasən Ermənistandan gətirilən çağırışçılardan formalaşdırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər