Baş Prokurorun birinci müavini Daşkəsəndə vətəndaşları qəbul etdi

Baş Prokurorun birinci müavini Daşkəsəndə vətəndaşları qəbul etdi
  • Sosial

  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş Prokurorun birinci müavini, ll dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov iyunun 7-də Daşkəsən Rayon Prokurorluğunun inzibati binasında Daşkəsən və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.

    Asiya.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ilə Baş Prokurorun birinci müavini Rüstəm Usubov qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

    Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar prokurorların iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon prokurorlarına müvafiq göstərişlər verilib.

    Vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, eyni zamanda prokurorluğun səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin edilib.

    Yekunda rayon prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin təşkili ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

    Daşkəsəndə Baş Prokurorun birinci müavini Rüstəm Usubovun qəbuluna gələn vətəndaşlar müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.


    Baş Prokurorun birinci müavini Daşkəsəndə vətəndaşları qəbul etdi
    Baş Prokurorun birinci müavini Daşkəsəndə vətəndaşları qəbul etdi
    PAYLAŞ:

    Oxşar xəbərlər