Nərimanov rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi

Nərimanov rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi
  • Siyasət

  • Nərimanov rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

    14 iyun 2019-cu il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Nərimanov Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının, Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

    Tədbirdə Rayon İcra Hakimiyyətinin, YAP Nərimanov rayon təşkilatının, Rəssamlıq Akademiyasının rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və fəal gənclər iştirak etmişlər.

    Tədbir iştirakçıları Akademiyanın foyesində Ulu öndərin büstü önünə gül dəstələri qoyaraq Ümummilli liderin xatirəsini yad etmişlər.
    Daha sonra Akademiyada Qurtuluş Gününə həsr olunmuş rəsm əsərlərinə baxış keçirilmişdir. Ulu öndərin yağlı boya ilə çəkilmiş portreti böyük marağa səbəb olmuşdur.

    İlk öncə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 1993-cü ilin may–iyun aylarında Azərbaycanda yaranmış kəskin ictimai – siyasi vəziyyət və kriminal şəraitin ölkəni iflic vəziyyətə salmasından danışaraq, həmin dövrdə vəziyyətin son dərəcədə təhlükəli xarakter aldığını, ciddi siyasi hakimiyyət böhranının yarandığını, ölkənin fəlakət qarşısında qaldığını bildirmişdir. Daha sonra qeyd etmişdir ki, həmin dövrdə Heydər Əliyev kimi qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir olan lider hakimiyyətə gəlməsəydi, hadisələr olduqca təhlükəli və gərgin bir məcrada davam edə bilərdi. Azərbaycan parçalanar, erməni işğalı daha dərinlərə gedərdi.

    Natiq Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin qısa müddətdə ölkədə baş verən vətəndaş qarşıdurmasını aradan qaldırmaqla və cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatları uğurla həyata keçirməklə genişmiqyaslı böhranı aradan qaldırdığını xüsusi olaraq vurğulamış, Azərbaycan Respublikasının ulu öndər, görkəmli dövlət xadimi, Milli Qurtuluşun banisi, böyük xilaskarlıq missiyasını bacarıqla həyata keçirmiş Heydər Əliyevin müstəqillik və milli dövlətçilik ideyalarını dünyada gedən proseslərə, ölkənin reallıqlarına uyğun şəkildə yaradıcılıqla inkişaf etdirərək böyük sabahlara doğru qətiyyətlə addımladığını, qeyd etmişdir.

    Daha sonra çıxış edən Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və YAP Nərimanov Təşkilatının sədri Təmraz Tağıyev qeyd etmişlər ki, Ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə tarixi qayıdışının 26-cı ildönümü ölkəmizin hər yerində, habelə respublikamızın hüdudlarından kənarda, xarici ölkələrdə də böyük coşqu və təntənə ilə qeyd edilir.

    Çıxışlarda bir daha vurğulanmışdır ki, xalqını sonsuz məhəbbətlə sevən Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını, zəngin dövlətçilik, təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Heydər Əliyev siyasi kursunun bu gün onun ideyalarına sadiq olan Aərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini bildirən natiqlərin çıxışlarında böyük əminlik hissi ilə bildirildi ki, müstəqil Azərbaycan dövləti məhz möhtərəm Prezidentimizin rəhbərliyi altında daha da inkişaf edərək dünyanın ən güclü, qüdrətli dövlətləri sırasına çıxacaq, Azərbaycan xalqını firavan, xoşbəxt gələcəyə aparacaqdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər