Asiya.az-ın məlumatına görə, bu barədə Amerika xarici siyasət idarəsinin mətbuat xidməti bildirib.
“ABŞ-ın dövlət katibi Mayk Pompeo bu gün Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb”, – deyə xəbərdə bildirilir.
Qeyd edilir ki, tərəflər Birləşmiş Ştatlarla Avropa İttifaqı arasındakı münasibətləri və bir sıra ümumi məsələləri, problemləri müzakirə ediblər.
Müzakirələrdə həmçinin Avropanın müdafiəsi və təhlükəsizliyi, Əfqanıstan, Kuba, İran, Liviya, Moldava, Qərbi Balkanlar, Rusiya, Ukrayna və Venesuela məsələlərinə toxunulub.