Səbail rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi

Səbail rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi
  • Sosial

  • İyunun 15-də Səbail rayonu, Badamdar qəsəbəsi, Heydər Əliyev parkında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

    Asiya.az xəbər verir ki, Tədbirdə Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və fəal gənclər iştirak etmişlər. Tədbir iştirakçıları Heydər Əliyev parkında Ulu öndərin büstü önünə gül dəstələri qoyaraq Ümummilli liderin xatirəsini yad etmişlər.

    İlk öncə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirmişdir ki: “1990-cı ilin əvvəlində Azərbaycanın bir dövlət kimi tarixdən silinməsi təhlükəsi yaranmışdı. O zaman hakimiyyətə gələn səriştəsiz, təcrübəsiz insanlar ölkəni uçuruma aparırdılar. Ölkəmiz tənəzzülə, uçuruma doğru gedirdi. Heç bir müəssisə işləmir, iş yerləri yox idi. Ölkəmiz parçalanmaq təhlükəsi ilə üz-üzə dayanmışdı. Azərbaycan xalqı bütün bunları gördüyü üçün haqlı olaraq Ulu Öndərin hakimiyyətə qayıdışını tələb etdi və Ümummilli Lider bütün çətinliklərə baxmayaraq, ölkəmizi bəlalardan qurtardı. Yalnız bundan sonra müstəqil Azərbaycanın dövlətçilik tarixi başladı. Ulu Öndər qısa zamanda ölkəmizi çətinliklərdən çıxara bildi”. RİH başçısı Vuqar Zeynalov çıxışında Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bu gün onun ideyalarına sadiq olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini, Azərbaycanın bu gün beynəlxalq arenada öz mövqelərini gücləndirən, çox böyük nüfuza malik ölkə olduğunu qeyd etmişdir.


    Səbail rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi
    Səbail rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi
    Səbail rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi
    PAYLAŞ:

    Oxşar xəbərlər