Ramil Usubov kimlərlə işləyəcək? (SİYAHI)

Ramil Usubov kimlərlə işləyəcək? (SİYAHI)
  • Siyasət / Araşdırma / Manşet

  • Ötən gün prezident İlham Əliyev Ramil Usubovu Daxili İşlər naziri vəzifəsindən azad edərək Azərbaycan Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edib.

    Asiya.az "Yeni Sabah”a istinadən xəbər verir ki, Ramil Usubovun katib təyin olunduğu Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır.

    O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq 1997-ci ildə Prezident tərəfindən yaradılıb. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

    Prezidentin sədrlik etdiyi Təhlükəsizlik Şurasının tərkibinə aşağadakı vəzifə daşıyıcıları daxildir:

    Vitse prezident
    Milli Məclisin sədri
    Baş nazir
    Prezidentin Administrasiyasının rəhbəri
    Baş prokuror
    Dövlət müşavirləri
    Xarici işlər naziri
    Müdafiə naziri
    Dövlət təhlükəsizlik xidmətinin rəisi
    Daxili işlər naziri

    Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər