Prezident bu idmançılar və məşqçilər üçün mükafatlar müəyyənləşdirdi -1-ci yer 50 min

Prezident bu idmançılar və məşqçilər üçün mükafatlar müəyyənləşdirdi -1-ci yer 50 min
  • Manşet / İdman

  • Prezident İlham Əliyev Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, Sərəncamda qeyd edilir ki, Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

    - birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;

    - ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat;

    - üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun şəxsi məşqçisinə 10 min manat;

    - milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə);

    Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər