"Bizim üçün ağır səfər idi" - Qurban Qurbanov

"Bizim üçün ağır səfər idi" - Qurban Qurbanov
  • İdman

  • Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə İrlandiyanın "Dandolk" klubu ilə 1:1 hesablı heç-heçə edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.

    Asiya.az xəbər verir ki, 47 yaşlı mütəxəssis futbolçulardan razı qaldığını deyib:

    "Bütün şəraiti nəzərə alsaq bizim üçün ağır səfər idi. Həm də bəzi zədəli futbolçularımızın olmasına görə oyun planımızda dəyişikliklər oldu. Rəqib həddindən artıq çox istəkli idi, bizim üçün heç də asan olmadı. Amma futbolçuların hər birindən razı qaldım. Cavab matçında maksimum diqqətli olmalıyıq. İnanıram ki, qarşıdakı bir həftəlik müddətdə komandanı oyuna istədiyimiz kimi tam hazır edəcəyik".
    PAYLAŞ:

    Oxşar xəbərlər