Ucar Rayon Mərkəzi Xəstəxanasının baş həkimindən özbaşınalıq

Ucar Rayon Mərkəzi Xəstəxanasının baş həkimindən özbaşınalıq
  • Sosial / Araşdırma / Manşet

  • 2 nazirə müraciət olundu

    Asiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə və Səhiyyə Naziri Oqtay Şirəliyevə ünvanlanmış şikayət ərizəsinin Dia.az-a daxil olan nüsxəsində deyilir:

    "Hörmətli Oqtay müəllim və Sahil müəllim, kimdir günahkar? Ucar RMX-nın baş həkimi Zeynal Bayramlı, yoxsa Allah tərəfindən qismətlərinə düşən ruhi və psixi övladlara sahib olan, hüquqlarını yetərincə bilməyən məzlum Mehman və Mətanət İsmayılovalardır. İsmayılovaların iki oğlan övladları var. Övladlardan böyüyü Məhəmmədin 16 yaşı kiçiyi İsmayılın isə 13 yaşı var. Məhəmməd bir yaşından yəni 09.12.2003-cü ildən ruhi xəstə kimi Ucar RMX-da qeydiyyata alınıb və ona 548540712413 saylı müayinə və müalicə anketi tərtib olunub. Keçən bu müddət ərzində Məhəmməd dövlətdən heç bir müavinət almayıb. Qonşular tərəfindən bu xəstə uşaqlarına müavinət almalarını başa salandan sonra İsmayılovlar Ucar RMX-na müraciət edirlər. Məhəmməd İsmayılov Ucar RMX-nın 27.01.2017-ci il tarixli 85 saylı göndərişi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə müayinə və müalicə üçün göndərilir. O Psixi Sağlamlıq Mərkəzinin Uşaq Nevroloji şöbəsində Tibb üzrə fəlsəfə doktoru Gülnarə Musabəyova tərəfindən müayinə olunur və ona orta kəmağıllılıq (kəskin debillik dərəcəsində ağıl zəifliyi) diaqnozu təyin olunur. Mərkəzin direktoru, səhiyyə idarəsinin baş psixatrı Tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən 27.01.2017-ci il tarixli 217 saylı cavab məktubu ilə təsdiq edilmişdir.

    Bundan sonra Məhəmmədi İsmayılovun sənədləri Ucar Rayon Uşaq Xəstəxanasının Həkim Məsləhət Komissiyasının 08.02.2017-ci il tarixli 1925003AAAPW saylı bildirişi ilə ünvanı məlum olmayan hansısa bir TSEK-ə göndərilir. TSEK-in cavabı "Əlavə müalicə və ətraflı müayinə olunmayıb .Xəstənin hazır ki, vəziyyətində status ətraflı yazılmayıb" olur. Bəli TSEK-in bu cavabında həqiqət budur ki, Ucar Rayon Uşaq Xəstəxanasının göndərişində Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin iki Tibb elmləri doktorlarının təsdiq etdikləri diaqnoz öz effektivliyini verməyib. TSEK-in cavab məktubunda sədrin imzası və möhürü yoxdur.

    Ucar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zeynal Bayramlının vətəndaşlara qarşı qanunsuzluqları və süründürməçiliyi bununla bitmir. Belə ki, Məhəmməd İsmayılov müayinə və müalicə olunmaq üçün Ucar RMX-nın baş həkimi Zeynal Bayramlının imzası ilə 20.02 2017-cı il tarixli 181 saylı göndərişlə yenidən Səhiyyə Nazirliyinin Bakı şəhəri Psixi Sağlamlıq Mərkəzinə göndərilir. 28.02.2017-ci il tarixindən 29.03.2017-ci il tarixinə kimi həmin xəstəxanada müayinə və müalicə aldıqdan sonra Məhəmməd İsmayılovda təkrarən orta kəmağıllıq, nəzərə çarpan nitq qüsuru və davranışın pozuntusu diaqnozu ( Stasionar çıxarış t/k 1176173 29.03.2017-ci il) təsdiqini tapır. Bu stasionar çıxarış şəxsən Zeynal Bayramlının özünə təqdim olunur. Oda bu stasionar çıxarışın surətini çıxararaq ruhi xəstənin angetinə tikir. Lakin bu günə kimi hansısa səbəblərə görə psixi xəstə Məhəmməd İsmayılovun sağlamlığı məhdudluğunun təyin olunması üçün Ucar RMX-dan TSEK-ə forma 88 tərtib olunaraq göndərilməyib. Bir neçə dəfə xəstənin valideynləri Ucar RMX-nın baş həkiminə müraciətlər edirlər. Hər dəfədə bu gün sabah cavabını alırlar. Beləcə bir müddət keçdikdən sonra isə Ucar RMX-nın baş həkimi Zeynal Bayramlı onlara deyir ki, "bu sənəd dəyişdirilməlidir, təkrar oğlunuza göndəriş verməliyik. Müalicə və müayinə olunduqdan sonra yeni stasionar çıxarış almalısınız, sonrada biz forma 88 tərtib edib TSEK-ə göndərməliyik".

    Məhəmməd İsmayılovun valideynlərinin mənə müraciətindən sonra mətbuat nümayəndəsi olaraq araşdırma apardıqda İsmayılovlar ailəsinə qarşı dözülməz haqsızlığın olduğunu aşkar etdim.12.07.2019-cu il tarixində xəstəyə anasının iştirakı ilə Ucar RMX-nın həkim komissiyasında baxış keçirildi. Komisiyanın sədri baş həkim Zeynal Bayramlı idi. Baş həkimdən soruşanda ki, niyə Məhəmməd İsmayılov barədə iki il dörd ay ərzində forma 88 tərtib olunub TSEK-ə göndərilməyib? Mənim bu sualım baş həkim əsassız bəhanələr gətirərək bildirdi ki, o günahkar deyil və verək məhkəməyə günahkar aşkar olunsun.

    Hörmətli Oktay müəllim və Sahil müəllim!

    Mən Ucar RMX-nın baş həkimi Zeynal Bayramlı kimi fikirləşmirəm. Fikirləşirəm məhkəməyə müraciət etmək sonuncu variantdır. Siz Məhəmməd İsmayılovun Ucar RMX-nın baş həkimi Zeynal Bayramlı tərəfindən pozulmuş hüquqlarının bərpa olunmasına göstəriş verəcəksiniz. Həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə edən baş həkim Zeynal Bayramlı haqqında ciddi tədbirlər görəcəksiniz".
    PAYLAŞ:

    Oxşar xəbərlər