"Qarabağ" bu gün APOEL ilə qarşılaşacaq

"Qarabağ" bu gün APOEL ilə qarşılaşacaq
  • İdman

  • Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

    Asiya.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” Cənubi Kiprdə APOEL-in qonağı olacaq. Nikosiyadakı GSP stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

    Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsində Albaniya çempionu "Partizani”ni, ardınca İrlandiya çempionatının qalibi "Dundalk"ı mübarizədən kənarlaşdırıb. Mübarizəyə II təsnifat mərhələsindən başlayan Cənubi Kipr çempionu isə Monteneqronun "Sutyeska” klubunu üstələyib.

    APOEL indiyə qədər 2 dəfə avrokuboklarda Azərbaycan təmsilçisi ilə qarşılaşıb. Hər iki halda "Neftçi” ilə üz-üzə gələn nikosiyalılar 1995/96 mövsümündə Kuboklar Kubokunun I təsnifat mərhələsində sevinən tərəf olublar (3:0, 0:0). Əvəzində 2012/13 mövsümündə Avropa Liqasının pley-off mərhələsində APOEL-dən güclü olan (1:1, 3:1) "Neftçi”, avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

    Çempionlar Liqası
    III təsnifat mərhələsi
    İlk oyun

    6 avqust
    21.00 APOEL (Cənubi Kipr) - Qarabağ (Azərbaycan)
    Hakimlər: David Massa, Fabiano Preti, Alberto Teqoni, Rosario Abisso (İtaliya).
    Hakim-inspektor: Vladimir Antonov (Moldova).
    UEFA nümayəndəsi: Romano Klavedetşer (İsveçrə).
    Nikosiya. GSP stadionu.
    PAYLAŞ:

    Oxşar xəbərlər