"Neftçi" Avroliqada mübarizəni dayandırdı

"Neftçi" Avroliqada mübarizəni dayandırdı
  • İdman

  • "Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsində bu gün cavab oyununa çıxıb.

    Asiya.az qol.az-a istinadən xəbər verir ki, Roberto Bordinin komandası səfərdə İsrailin "Bney Yehuda" klubu ilə qarşılaşıb. Petak Tikvadakı "Ha Moshava" stadionunda keçirilən matçda Bakı təmsilçisi 1:2 hesabı ilə uduzub. Bakıdakı ilk görüşdə 2:2 heç-heçə edən "Neftçi" iki oyunun nəticəsinə əsasən, Avroliqada mübarizəni dayandırıb.

    16 avqust

    Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu

    21:00. "Bney Yehuda" (İsrail) - "Neftçi" - 2:1
    Qollar: Don Jan, 14 (1:0), Tamqi Saqas, 66 (2:0), Emin Mahmudov, 90+3-pen (2:1)
    Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua
    İlk oyun - 2:2

    PAYLAŞ:

    Oxşar xəbərlər