Səudiyyə Ərəbistanının neft ixracını ixtisar etməsi barədə xəbərlərdən sonra neftin dünya bazarında qiyməti 12% - 13% artıb.
Asiya.az bu barədə RİA "Novosti" agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, qiymətlərin maksimum artımı 19% təşkil edib. Məlumata görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 71,62 dollara qədər bahalaşıb.