Jak Şirakla vida mərasimi keçirilir - FOTO

Jak Şirakla vida mərasimi keçirilir - FOTO
  • Dünya / Manşet

  • Fransanın paytaxtı Parisdə ölkənin keçmiş prezidenti Jak Şirakla son vida mərasimi keçirilir...

    “Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Fransa Prezidenti Emmanuel Makron və xanımı Bricit Makron, Jak Şirakın ailə üzvləri iştirak edirlər.

    "İnvalidin San-Lui" kilsəsində keçirilən mərasimdə hərbi marş və Fransa himni səsləndirilib.

    Mərasim başa çatdıqdan sonra Fransanın keçmiş prezidenti Jak Şirakın tabutu təntənəli surətdə "İnvalidin San-Lui" kilsəsindən San-Sülpis kilsəsinə aparılacaq. Yolboyu Fransa xalqı son dəfə keçmiş prezidentləri ilə vidalaşa biləcəklər.

    Bundan başqa, Yelisey sarayında xarici dövlətlərin indiki və keçmiş rəhbərləri, hökumət başçılarının iştrakı ilə anım mərasimi keçiriləcək.

    Qeyd edək ki, J.Şirak Parisin Monparnas qəbiristanlığında dəfn ediləcək. Mərasim yalnız ailə üzvlərinin iştirakı ilə baş tutacaq.

    Xatırladaq ki, bu gün Fransada matəm günü elan olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər