Formula 1 və Formula 2 ilə bağlı mal, iş və xidmətlər ƏDV-dən azad edilir

Formula 1 və Formula 2 ilə bağlı mal, iş və xidmətlər ƏDV-dən azad edilir
  • İqtisadiyyat / Manşet

  • Azərbaycanda Formula 1 və Formula 2 yarışları ilə bağlı mal, iş və xidmətlər 2024-cü il yanvarın 1-nə qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

    Asiya.az-ın APA-ya istinadən məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

    Layihəyə əsasən, Azərbaycanda keçirilən Formula 1 və Formula 2 yarışları ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanmış müqavilə əsasında mal, iş və xidmətin təqdim edilməsi 2018-ci il yanvarın 1-dən 6 il müddətində ƏDV-dən azad ediləcək.

    Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər