Asiya.az xəbər verir ki, bununla əlaqədar, Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Cəlilabad, Gədəbəy, Xaçmaz, İsmayıllı, Qax, Qəbələ, Quba, Qusar, Masallı, Şamaxı, Şəki, Tərtər və Zaqatala rayonlarında açılacaq Mərkəzlərə bölmə rəhbəri, könüllülər, layihələr və təlim-tədris üzrə menecer vəzifələrinə vakansiyalar elan edilir.
Gənclər Fondu qeyd edilən rayonlarda yaşayan, istedadlı, ictimai-sosial fəal, ali təhsilli və həmin vəzifə tələblərinə uyğun gələn gəncləri (29 yaşadək olan) müraciət etməyə dəvət edir. Müraciət etmək istəyən şəxslər Fondun rəsmi internet saytı (www.youthfoundation.az/vakansiyalar), rəsmi elektron ünvanı və GəncApp mobil tətbiqi vasitəsilə 15 noyabr 2019-cu il tarixinə qədər CV-lərini təqdim edə bilərlər.
Digər şəhər və rayonlarda açılacaq nümayəndəliklərdə vakansiyalar barədə məlumat KİV, Fondun rəsmi internet səhifəsi və sosial media hesabları vasitəsilə mütəmadi olaraq, ictimaiyyətə çatdırılacaqdır.