8 aylıq qız uşağını küçəyə atıblar

8 aylıq qız uşağını küçəyə atıblar
  • Olay

  • Şirvan şəhərində 8 aylıq körpəni küçəyə atıblar. Hadisə noyabrın 28-də baş verib. Polis əməkdaşları küçəyə atılmış qız uşağı tapıblar, uşaq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Asiya.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildiriblər ki, körpə xəstəxananın doğum şöbəsinə yerləşdirilib, qidalandırılıb.

    Hazırda uşağın vəziyyəti yaxşıdır, həyatı təhlükəsi yoxdur.

    Faktla bağlı müvafiq qurumlarda araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər