Kəramət Böyükçöl deputat olmaq üçün namizədliyini verəcək - FOTO

Kəramət Böyükçöl deputat olmaq üçün namizədliyini verəcək - FOTO
  • Siyasət

  • Tanınmış yazıçı, jurnalist Kəramət Böyükçöl də parlament seçkilərində iştirak etmək istəyir.

    Asiya.az xəbər verir ki, yazıçı 80 saylı İmişli - Beyləqan seçki dairəsindən namizəd olmaq istəyir.

    Kəramət Böyükçöl bu haqda feyzbuk hesabında paylaşım edib:

    "80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyimi verəcəm. Sabahdan işlərə başlayıram. Demirəm, yüz faiz deputat olacağam. O qədər sadəlövh deyiləm. Sadəcə, həm bəxtimi, həm də ölkəmi sınayım, görüm fikirlərimdə yanılmamışam ki? Bütün hallarda mənim gözümdə Azərbaycan xalqı yalnız soğan əkməyə, Azərbaycan müəllimi fəhlə işləməyə layiq deyil. Sevgilər! İnanıram ki, dəstəkləyənlər çox olacaq. Amma görək hakimiyyət doğrudan gənclərə imkan verəcək? Dostlarımdan da xahiş edirəm, dəstəyini əsirgəməsinlər, fikir və təkliflərini rəydə yazsınlar. Getdim. Uğurlar! Kömək etməsəniz də, xeyir-dua verin, bəsimdir."


    Kəramət Böyükçöl deputat olmaq üçün namizədliyini verəcək - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər