Həbs edilən məmur Ağstafada YAP-ın sədri imiş

Həbs edilən məmur Ağstafada YAP-ın sədri imiş
  • Cəmiyyət / Manşet

  • Ağstafa rayonun icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunduğu deyilən müavini Ramiz Tatarov həm də hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə tutur...

    Asiya.az Yenisabah.az-a istinadən xəbər verir ki, Ramiz Tatarov YAP-ın Ağstafa rayon təşkilatının sədridir.

    Xatırladaq ki, Nizaməddin Quliyevlə Ramiz Tatarovun həbsi barədə məlumat bu gün yayılıb. Onların korrupsiya ittihamı ilə həbs olunduğu bildirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər