Vilayət Eyvazovdan yeni təyinatlar

Vilayət Eyvazovdan yeni təyinatlar
  • Cəmiyyət / Manşet

  • Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

    Asiya.az "Report"a istinadən bildirir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Azər Məmmədov təyin edilib.

    V.Eyvazovun digər əmri ilə polis mayoru Fərrux Bektaşi Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər