Aybəniz Haşımovanın qızı köçür - TOY TARİXİ BƏLLİ OLDU

Aybəniz Haşımovanın qızı köçür - TOY TARİXİ BƏLLİ OLDU
  • Mədəniyyət

  • Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın toyunun tarixi məlum olub.

    Asiya.az-ın Lent.az -a istinadən məlumatına görə, müğənninin qızı sevib-seçdiyi trenajor müəllimi Kənan Əliyevlə fevralın 1-də nikah masasına oturacaq. Haşımova qızının özəl gününə sənət dünyasında olan yaxın dostlarını çağırıb.

    Xatırladaq ki, A.Haşımovanın qızı ötən ay nişanlanıb. O, övladının xeyir işi barədə sosial şəbəkədə bu sözləri yazmışdı: "Allah hamının balasını xoşbəxt eləsin. Amma yaman həyəcanlı məsələ imiş evlilik. Özü də söhbət övladdan gedirsə... O gündən yuxum qaçıb, xəbəriniz var? Allah başınıza gətirsin. Allah heç kimin övladını atdığı addımdan peşman etməsin, biz də içində. O gündən telefon susmur. Bütün dostlarım sevinir. Zəng vurub, "Aybəniz sənin yanındayıq" deyirlər. Nə qədər gözəldir dostların sənin üçün bu qədər sevinməsi".

    Aynişanın nişanlısı K.Əliyev trenajor müəllimi olmaqla yanaşı, eyni zamanda sağlam qidalanma üzrə mütəxəssisdir. Modellik fəaliyyəti ilə də məşğul olan Kənan ötən il baş tutan “Best model of Azerbaijan” yarışmasında “Ən yaxşı fitness model” seçilib.


    Aybəniz Haşımovanın qızı köçür - TOY TARİXİ BƏLLİ OLDU
    Aybəniz Haşımovanın qızı köçür - TOY TARİXİ BƏLLİ OLDU
    Aybəniz Haşımovanın qızı köçür - TOY TARİXİ BƏLLİ OLDU
    Aybəniz Haşımovanın qızı köçür - TOY TARİXİ BƏLLİ OLDU
    Aybəniz Haşımovanın qızı köçür - TOY TARİXİ BƏLLİ OLDU
    Aybəniz Haşımovanın qızı köçür - TOY TARİXİ BƏLLİ OLDU
    Aybəniz Haşımovanın qızı köçür - TOY TARİXİ BƏLLİ OLDU
    PAYLAŞ:

    Oxşar xəbərlər