Elşən Allahverdiyevə yeni vəzifə verildi

Elşən Allahverdiyevə yeni vəzifə verildi
  • Cəmiyyət

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.

    Asiya.az xəbər verir ki, Elşən Allahverdiyev Nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

    Məlumatı Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib.

    Qeyd edək ki, daha əvvəl Elşən Allahverdiyev Azərbaycan Televiziyasında (AZTV) baş redaktor, "CDB Bank” və "Günay Bank”da Marketinq və İctimaiyyətlə əlaqələr departamentlərində direktor, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi vəzifələrində çalışıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər