Əhəd Abıyev Daşkəsən qəsəbəsində və Əhmədli vətəndaşların səyyar qəbulunu keçirib- Fotolar

Əhəd Abıyev Daşkəsən qəsəbəsində və Əhmədli vətəndaşların səyyar qəbulunu keçirib- Fotolar
  • Sosial

  • Bu gün yanvarın 18-də rayonun Daşkəsən qəsəbəsində keçirilən səyyar qəbul-görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.

    Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elmar Əliyevin Asiya.az-a verdiyi xəbərə görə qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Prezident cənab İlham Əliyevin rəhbərliyi altında son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da gücləndiyini, əldə edilən iqtisadi və siyasi uğurlar nəticəsində ölkəmizdə əhalinin həyat səviyyəsinin, rifahının yaxşılaşdığını diqqətə çatdırıb.

    Əhəd Abıyev qəbul olunan dövlət proqramlarının icrası nəticəsində Daşkəsəndə görülən abadlıq-quruculuq işləri barədə məlumat verib. Həmçinin qeyd edib ki, ötən dövrdə Daşkəsən qəsəbə tam orta məktəbinin binası yenidən tikilib, Daşkəsən qəsəbə ümumi orta məktəbinin modul tipli binası isə quraşdırılaraq istifadəyə verilib, uşaq bağçası əsaslı təmir edilib, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilib. Ötən ilin 24 dekabr tarixində Quşçu, Quşçu körpüsü qəsəbələri ilə yanaşı Daşkəsən qəsəbəsinə də ilk dəfə təbii qaz verilib.

    Rayon rəhbəri onu da vurğulayıb ki, Prezident cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır. Rayon sakinlərinin məşğulluğunun artırılması, özünüməşğulluq proqramına cəlb olunması, sosial problemlərinin həll edilməsi daim diqqət mərkəzində saxlanılır.

    Fevralın 9-da keçiriləcək Parlament seçkiləri ilə bağlı rayonun seçki məntəqələrinin hər birində lazımi şərait yaradıldığını bildirən Əhəd Abıyev əminliklə deyib ki, bütün seçkilərdə olduğu kimi, bu seçki də şəffaf, demokratik, azad bir seçki olacaqdır və qəsəbə sakinləri fəallıq göstərərək öz namizədinə səs verəcəkdir.

    Daşkəsən qəsəbə sakinlərinin müraciətlərini dinləyən Əhəd Abıyev qaldırılan məsələlərin araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib. Əksər müraciətlər yerində müsbət həllini tapıb, bir qismi nəzarətə götürülüb.

    Daşkəsən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

    Yanvarın 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin növbəti səyyar qəbulu Əhmədli kəndində olub.

    Səyyar-görüşdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri iştirak ediblər.

    Əhmədli sakinləri ilə görüşdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev kənd sakinlərinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr haqqında geniş məlumat verib, həyata keçirilən tədbirlər barədə danışıb, kənd təsərrüfatının ayrı-ayrı sektorlarının, o cümlədən ərazidə turizmin inkişafı istiqamətindəgələcəkdə görüləcək işlərdən söz açıb.

    Rayon rəhbəri xüsusilə vurğulayıb ki, ötən dövrlərdə Əhmədli kəndinin də yerləşdiyi ərazi vahidliyində xeyli abadlıq-quruculuq işləri görülmüşdür.

    9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar Parlament seçkiləri ilə bağlı rayonun seçki məntəqələrinin hər birində lazımi şərait yaradıldığını bildirən Əhəd Abıyev əminliklə deyib ki, bütün seçkilərdə olduğu kimi, bu seçki də şəffaf, demokratik, azad bir seçki olacaqdır və qəsəbə sakinləri öz bəyəndikləri namizədə səs verəcəkdir.

    Qəbulda sakinlər tərəfindən əlavə içməli su və təbii qaz xəttinin çəkilməsi, nasaz elektrik dirəklərinin dəyişdirilməsi və digər şəxsi məsələlər qaldırılıb.

    Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlərin müraciətlərinin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib, bəzilərinin icrası isə nəzarətə götürülüb.

    Kənd sakinləri vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər