Məşur Məmmədov doğulduğu kənddə seçiciləri ilə görüşdü - VİDEO/FOTOLAR

Məşur Məmmədov doğulduğu kənddə seçiciləri ilə görüşdü - VİDEO/FOTOLAR
  • Cəmiyyət / Manşet

  • Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Şahbaz oğlu Məmmədovun təbliğat kampaniyası çərçivəsində rayonun Şıxlar, Yeddioymaq-1, Yeddioymaq-2 və Qasımlı inzibati ərazi vahidlərində yaşayan seçicilərlə görüşü keçirilib.
    Məşur Məmmədov doğulduğu kənddə seçiciləri ilə görüşdü - VİDEO/FOTOLAR

    Asiya.az xəbər verir ki, 18 yanvar səhər saatlarında Məşhur Məmmədovun Şıxlar kəndində öz seçiciləri ilə görüşü baş tutub.
    Daha sonra M.Məmmədov doğulduğu Yeddioymaq kəndində bir vaxtlar təhsil aldığı, sonradan isə öz şəxsi vəsaiti hesabına tikdirdiyi Bayraməlibəyov adına 2 saylı Yeddioymaq kənd orta Ümumtəhsil məktəbinin həyətində seçiciləri ilə görüşdü. Tədbir iştirakçıları həmkəndliləri Məşhur Məmmədov barədə ürəkaçan sözlər söyləyib, öz xatirələrini bölüşdülər.

    Məşur Məmmədov doğulduğu kənddə seçiciləri ilə görüşdü - VİDEO/FOTOLAR


    Tədbirdə iştirak edən YAP nümayəndəsi qeyd etdi ki, Yap-ın bu seçkilərdə də irəli sürdüyü 123 namizədin hamısı Milli Məclisdə seçicilərimizi təmsil etməyə layiq olan partiya üzvləridir. Əminik ki, 09 fevral tarixində seçicilərimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Şahbaz oğlu Məmmədova səs verəcəklər.

    Cəfər Cəfərov
    Asiya.az


    Məşur Məmmədov doğulduğu kənddə seçiciləri ilə görüşdü - VİDEO/FOTOLAR


    Deputatlığa namizəd Məşhur Məmmədov çıxışında Prezidenti İlham Əliyevin Milli Məclisə seçkilərdə partiya sıralarından namizədliyi irəli sürülmüş şəxslərə böyük etimad göstərdiyini bildirərək, qeyd edib ki, aktiv təbliğat kampaniyası keçirib qələbə qazanmaqla bu etimadı doğrultmağa çalışacaq.

    Məşur Məmmədov doğulduğu kənddə seçiciləri ilə görüşdü - VİDEO/FOTOLAR

    Masallı rayonu Respublikanın ən sürətlə dəyişən və yenilənən rayonu olduğunu deyən namizəd abadlıq və quruculuq işlərinin davam edəcəyini və seçiləcəyi tədqirdə millət vəkili olaraq bu prosesə hər cür dəstək və kömək göstərməyə hazır olduğunu söyləyib.
    M.Məmmədov qeyd edib ki, partiya rəhbərliyi tərəfindən onun qarşısına seçicilərin rəğbətini qazanmaq, seçkilərdə qələbə çalıb sıravi vətəndaşlara xidmət etmək vəzifəsi qoyulub. O bu vəzifənin öhdəsindən layiqincə gələcəyini, gələcəkdə doğma yurdu üçün daha çox iş görəcəyini həmkəndlilərinə söz verib.




    Çıxış edən seçicilər, kənd ağsaqqalları, ziyalıları birmənalı olaraq bildirdilr ki, 9 fevralda seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi Məşhur Məmmədova səs verəcəklər.

    Cəfər Cəfərov


    Məşur Məmmədov doğulduğu kənddə seçiciləri ilə görüşdü - VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər