Qənirə Paşayeva Tovuzun ən böyük kəndində seçicilərlə görüşdü - FOTOLAR

Qənirə Paşayeva Tovuzun ən böyük kəndində seçicilərlə görüşdü - FOTOLAR
  • Cəmiyyət

  • Qənirə Paşayeva Tovuzun ən böyük kəndi olan Əyyublu kəndini gəzərək seçicilərlə görüşüb və seçicilər "təkrar sizə etimad göstərəcəyik" sözlərinə görə təşəkkürünü bildirib.

    Asiya.az xəbər verir ki, 105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd, millət vəkili Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyası çərçivəsində Tovuz rayonunun ən böyük kəndi olan Əyyublu kəndində seçicilər, şəhid ailələri, Qarabağ müharibəsi veteranları və fiziki imkanları məhdud insanlarla görüşüb, fikir mübadiləsi aparıb və onlara seçkilərdə yenə də ona dəstək verəcəklərini söylədikləri üçün təşəkkürünü bildirib. Q.Paşayeva görüş zamanı ötən 14 illik deputat fəaliyyəti barədə danışaraq “deputatlıq fəaliyyətimdə var gücümlə sizlərin yanında olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam” deyib və əgər seçicilər ona təkrar etimad göstərərslərsə bundan sonra da onları layiq olduqları səviyyədə təmsil etməyə çalışacağını bildirib. Görüşdə Qənirə Paşayeva yeni seçki platformasını da açıqlayıb, sualları cavablandırıb və sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

    Qənirə Paşayeva həmçinin, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, fiziki imkanları məhdud insanların ailələrini də ziyarət edib, qayğıları ilə maraqlanıb. Sizin dəstəyiniz mənim üçün mənəvi olaraq çox önəmli dəstəkdir deyən Q.Paşayeva hər birinə göstərdikləri dəstək və etimaddan dolayı təşəkkürünü bildirib.

    Q.Paşayeva Tovuz rayonunda cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilmiş böyük işlər, önəmli layihələri vurğulayaraq rayonun daha da inkişafı istiqamətində işlərin sürətlənəcəyini deyib.

    Əyyublu sakinləri və seçiciləri çıxış edərək bildiriblər ki, millət vəkili Qənirə Paşayevaya etimadları tamdır. Çünki o 14 illik deputatlıq fəaliyyəti zamanı daim kənd sakinləri ilə görüşlər keçirib, ailələri, xəstələri ziyarət edib, gənclərlə önəmli müzakirələr aparıb və hər zaman onların müraciətlərinə, problemlərinə, təkliflərinə həssaslıqla yanaşıb və onların həlli istiqamətində əlindən gələn dəstəyi əsirgəməyib. Eyni zamanda Milli Məclisdə, beynəlxalq platformalarda onların səsi olaraq layiqli şəkildə təmsil edib. Görüşdə xüsusilə fəallıq nümayiş etdirən qadınlar Qənirə Paşayevanın qadınlarla, ailələrlə bağlı ortaya çıxan problem və məsələlərin həllində daim onların yanında olduğunu vurğulayaraq sizə dəstəyimiz və etimadımız davam edəcək deyiblər. Əyyublu seçiciləri Qənirə Paşayeva ilə görüşün sonunda siz hər zaman bizim yanımızda olduğunuz kimi biz də sizin yanınızdayıq deyiblər.

    Deputatlığa namizəd Q.Paşayeva kənddə müəyyən problemləri olan seçicilərlə ayrı-ayrılıqda da görüşüb, geniş müzakirələr aparıb və onları narahat edən problemlərin həlli istiqamətində bir sıra tədbirlər görülüb.


    Qənirə Paşayeva Tovuzun ən böyük kəndində seçicilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva Tovuzun ən böyük kəndində seçicilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva Tovuzun ən böyük kəndində seçicilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva Tovuzun ən böyük kəndində seçicilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva Tovuzun ən böyük kəndində seçicilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva Tovuzun ən böyük kəndində seçicilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva Tovuzun ən böyük kəndində seçicilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva Tovuzun ən böyük kəndində seçicilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva Tovuzun ən böyük kəndində seçicilərlə görüşdü - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər