Futbol tarixinin ən bahalı transferlərinin siyahısı açıqlandı - Neymar ikincidir...

Futbol tarixinin ən bahalı transferlərinin siyahısı açıqlandı - Neymar ikincidir...
  • İdman

  • Futbol tarixinin ən bahalı transferlərinin siyahısı açıqlanıb.

    Asiya.az offsideplus.az-a istinadən xəbər verir ki, əvvəlki illərə təsadüf edən keçidlər hesablanarkən bu müddətdəki inflyasiya da nəzərə alınıb. Bu, qiymətlərin indiki ilə müqayisədə xeyli aşağı olduğu dövrlərin transfer məbləğlərini indikinə uyğunlaşdırılıb. Nəticədə Canluka Vialli ən bahalı oyunçu sayılıb.

    O, 1992-ci ildə "Sampdoriya”dan "Yuventus”a həmin vaxt üçün çox yüksək, indiki dövr üçün sıradan olan 12,5 milyon funt sterlinqə keçib. Həmin rəqəm indiki ölçülərdə 209 milyona bərabər sayılıb. İkinci sırada isə "Barselona"dan PSJ-yə 209 milyon funt sterlinqə transfer olunan Neymar yer alıb. Üçüncülük "Yuventus"un portuqal ulduzu Kriştiano Ronaldoya məxsusdur. "Mançester Yunayted”dən "Real”a 195,1 milyon funt sterlinqə keçib.

    1. Canluka Vialli ("Sampdoriya”dan "Yuventus”a) – 209 milyon funt sterlinq
    2. Neymar ("Barselona”dan PSJ-yə) – 202
    3. Kriştianu Ronaldo ("Mançester Yunayted”dən "Real”a) – 195,1
    4. Romario (PSV-dən "Barselona”ya) - 167
    5. Qaret Beyl ("Tottenhem”dən "Real”a) – 166,6
    6. Rio Ferdinand ("Lids”dən "Mançester Yunayted”ə) – 158,6
    7. Zinəddin Zidan ("Yuventus”dan "Real”a) – 157,5
    8. Ronaldo ("İnter”dən "Real”a) – 155,2
    9. Alen Bokşiç ("Marsel”dən "Latsio”ya) – 153,1
    10-11. İqor Şalimov ("Foca”dan "İnter”ə) – 152
    Jan-Pyer Papen ("Marsel”dən "Milan”a) – 152.
    PAYLAŞ:

    Oxşar xəbərlər