Anar İsgəndərov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü – VİDEO/FOTOLAR

Anar İsgəndərov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü – VİDEO/FOTOLAR
  • Siyasət / Araşdırma / Manşet / Asiya TV

  • 71 saylı Masallı kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Anar İsgəndərov rayonun Ərkivan qəsəbəsində seçicilərlə görüşüb

    Asiya.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Anar İsgəndərovun vəkili Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Məmmədağa Şiriyev seçicilərə namizədin keçdiyi həyat yolu, ictimai və elm xadimi kimi göstərdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

    Anar İsgəndərov çıxışı zamanı bildirdi ki, bu Ərkivan qəsəbəsində seçicilərlə 3-cü görüşüdür.

    “Bu önəmi nə üçün vermişəm? Ərkivan həm ziyalılar həm də din xadimləri baxımından təkcə bizim bölgənin yox, Azərbaycanın gözüdür. Səfəvilər dövründə Ərkivanla bağlı bir cümlə var: “Ərkivanlılar ilə hökm dili ilə danışmaq olmaz”. Bu elə-belə cümlə deyil. Bu cümlə ilə bağlı min dəfə fəxr etmək olar. Tarix boyu Ərkivan qala olub. Mən də tarixçi olaraq, bunu bildiyim üçün Ərkivana xüsusi önəm vermişəm”.

    Anar İsgəndərov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü – VİDEO/FOTOLAR


    Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin direktoru Mənijə Yəhyayeva, Riyaziyyat üzrə fəlsəfə doktoru Eminağa Məmmədov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov, Tarix müəllimi Tərlan İslamov, Şərqşünas Rasim Qurbanov, Yazıçı-publisist, həkim Xodaşirin Cəbiyev çıxış edərək namizədə uğurlar arzu edib, qəsəbə sakinlərini fəal olub 9 fevral seçki günü ən layiqli namizəd – Anar İsgəndərova səs verməyə dəvət ediblər.

    Anar İsgəndərov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü – VİDEO/FOTOLAR
    Anar İsgəndərov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü – VİDEO/FOTOLAR


    Sonra deputatlığa namizəd Anar İsgəndərov Göllü məhəlləsində şəhid Səyyad Qənbərovun xatirə abidəsini ziyarət edib, şəhid atası Yavər Qənbərovun evində olub. A.İsgəndərov Yavər kişinin səhhəti, sosial durumu ilə maraqlanıb.
    Anar İsgəndərov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü – VİDEO/FOTOLAR


    Daha sonra Anar İsgəndərov arıçılıq təsərrüfatı ilə təkcə qəsəbədə deyil, cənub bölgəsində tanınan Şiriyevlər ailəsində qonaq olub. Babası Sarıbala müəllimin miras qoyduğu arıçılıq təsərrüfatını bu gün layiqincə davam etdirən Sübhan Şiriyev çay süfrəsində qonaqlara halal zəhmətinin bəhrəsi olan arı balı verib. Görüş şən əhval-ruhiyyədə başa çatıb.
    Cəfər Cəfərov
    Asiya.az




    Anar İsgəndərov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü – VİDEO/FOTOLAR
    Anar İsgəndərov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü – VİDEO/FOTOLAR
    Anar İsgəndərov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü – VİDEO/FOTOLAR
    Anar İsgəndərov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü – VİDEO/FOTOLAR
    Anar İsgəndərov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü – VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər