Vilayət Eyvazovdan polkovnikin yerinə TƏYİNAT

Vilayət Eyvazovdan polkovnikin yerinə TƏYİNAT
  • Siyasət

  • Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

    Asiya.az
    xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, polis mayoru Qara Abdullayev Nəsimi Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsinə gətirilib.

    Qeyd edək ki, bir müddət əvvəl Nəsimi Rayon DYP-nin şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

    Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı saytımıza təsdiq edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər