Ərkivanda ağacəkmə aksiyası keçirilir – FOTOLAR

Ərkivanda ağacəkmə aksiyası keçirilir – FOTOLAR
  • Sosial / Manşet

  • Masallı rayonu Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə qəsəbə ərazisində "Hərəmiz bir ağac əkək" devizi altında ağacəkmə aksiyası keçirilir.

    Asiya.az xəbər verir ki, aksiya çərçivəsində 1700 ədəddən çox Eldar şamı, Tuya, Geparis (düz qalxan yolka) və müxtəlif növ meyvə ağacları Ərkivan-Boradigah və Ərkivan-Qəriblər avtomobil yolunun kənarında əkilib.

    Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrail Tağıyev Asiya.az-a bildirib ki, aksiya Novruz bayramına kimi davam etdiriləcək. Bundan sonra da qəsəbənin müxtəlif yerlərində 300-dən çox ağac əkilməsi nəzərdə tutulub.

    Bundan savayı Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin 1984-cü il məzunları təhsil aldıqları orta məktəbin həyətində onlarla müxtəlif növ meyvə və dekorativ ağac əkiblər.

    Ərkivanda ağacəkmə aksiyası keçirilir – FOTOLAR
    Ərkivanda ağacəkmə aksiyası keçirilir – FOTOLAR
    Ərkivanda ağacəkmə aksiyası keçirilir – FOTOLAR
    Ərkivanda ağacəkmə aksiyası keçirilir – FOTOLAR
    Ərkivanda ağacəkmə aksiyası keçirilir – FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər