Əhəd Abıyevin yüksək vəzifəli məmur qardaşı işindən azad edildi

Əhəd Abıyevin yüksək vəzifəli məmur qardaşı işindən azad edildi
  • Cəmiyyət / Manşet

  • Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev işdən azad edilib.

    Asiya.az
    -ın məlumatına görə İcra başçısı Şahin Məmmədov ötən gün bu barədə əmr imzalayıb.

    N.Abıyev xidmətdə olmanın yaş həddi ilə əlaqədar işdən azad olunub.

    Asiya.az məsələ ilə bağlı Nadir Abıyevlə əlaqə saxlayıb. O, bildirib ki, 67 yaşım var, bu gün özüm ərizə yazaraq işdən azad olunmağımı istədim.

    Qeyd edək ki, N.Abıyev Daşkəsən İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır. O, 1953-cü ildə Masallı rayonunda anadan olub. Rayonda müxtəlif vəzifələrdə işləyib. 2006-ci ilin mart ayından Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edir. O icra başçısı işləyən Oqtay Əlievin vaxtında həmin vəzifəyə təyinat alıb. Oqtay Əlievdən sonrakı icra başçıları - Qəzənfər Ağayev və Rafil Hüseynovun dövründə də birinci müavin vəzifəsində işləyib.

    Nadir Abıyev Dövlət Qulluğunda Fərqlənməyə görə 2-ci dərəcəli ordenlə təltif edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər