Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb, Prezident iclasda iştirak edir - YENİLƏNİR

Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb, Prezident iclasda iştirak edir - YENİLƏNİR
  • Siyasət / Manşet

  • 12:00

    Altıncı çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında iştirak edən Prezident İlham Əliyev nitq söyləyib.


    Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb.

    APA-nın məlumatına görə, iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

    İclasda Dövlət Himni səsləndirilib.

    İclas Milli Məclisin ən yaşlı deputatı Fəttah Heydərovun sədrliyi ilə keçirilir. Fəttah Heydərov Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. İclasda sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçilib.

    İclasda təşkilati məsələlərə baxılır.

    Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Milli Məclisin Spikeri postuna Sahibə Qafarovanın namizədliyi irəli sürülüb. YAP-ın Milli Məclis sədrinin müavini postuna namizədi Əli Hüseynlidir.

    Milli Məclisdə bitərəf deputatların Milli Məclis Sədrinin müavini postuna namizədi isə Adil Əliyevdir.

    Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.

    10:52

    VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

    “Report”un xəbərinə görə, iclasa sədrliyi parlamentin ən yaşlı deputatı Fəttah Heydərov edir.

    İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

    İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək.

    Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.

    09:05

    Bu gün VI çağırış Milli Məclisin ilk plenar iclası keçiriləcək.

    “Report”un xəbərinə görə, iclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

    Parlamentin ilk iclasına sədrliyi ən yaşlı deputat, yəni, Fəttah Heydərov edəcək.

    Milli Məclisin birinci iclasında əvvəlcə Hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək. Bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər